
Bakı. Trend:
Kinorejissor, ssenarist və prodüser Emil Quliyev DOST İnklüziv
İnkişaf və Yaradıcılıq Mərkəzində səhnə ifaçılığı və aktyor sənəti
üzrə təlimlərə cəlb olunmuş benefisiarlarla görüşüb.
Trend xəbər
verir ki, mərkəzin direktoru Elnarə Ənsari qonaqla söhbət zamanı
Mərkəzin istedadlı üzvlərinin gələcəkdə kino və teatr layihələrinə
inteqrasiyası imkanlarını müzakirə edib.
Emil Quliyev təlimçi, aktyor Elşən Əsgərovun benefisiarlarla
yaradıcılıq prosesini, onların birlikdə hazırladıqları yeni
tamaşanın məşqlərini izləyib. Məşqlərdən sonra Emil Quliyev
benefisiarlarla söhbət edib, aktyorların yaradıcılıq potensialını
yüksək qiymətləndirib. Tanınmış rejissor öz peşəkar təcrübələrini
gənclərlə bölüşüb, onların suallarını cavablandırıb.

