Ermənistan ABŞ ilə regional əlaqəlilik layihələrinin praktiki icrasına keçir — Kostanyan

Baş səhifə

Antalya. Trend:

Ermənistan regional əlaqəlilik üzrə ABŞ ilə həyata keçirilən
layihələrin praktiki icrasına keçir.

Trend-in xüsusi
müxbirinin verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər
nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu
çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq razılaşdırılmış qərarların icrası
işləri praktiki mərhələyə keçir.




“Biz ABŞ-dəki həmkarlarımızla birlikdə ərazidə praktiki işlərin
davam etdirilməsi və həyata keçirilməsi mərhələsindəyik”, — deyə o
bildirib.

Kostanyan qeyd edib ki, tərəflər 13 yanvar tarixli üçtərəfli
razılaşmadan sonra layihələrin icrası üçün çərçivə modelini artıq
razılaşdırıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir