Azərbaycandan dəniz yolu ilə ixrac artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı
vasitələri ilə 456,7 milyon ABŞ dolları dəyərində 213,8 min ton yük
daşınıb.

Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 206,2 milyon ABŞ dolları və ya 31,1%,
həcm ifadəsində isə 493,9 min ton və ya 3,3 dəfə azdır.

Hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 21,6 milyon
ABŞ dolları dəyərində təqribən 32,8 min ton yük ixrac olunub ki,
bu, əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 5,1 milyon ABŞ dolları və ya 32,2%, həcm ifadəsində isə
2,5 min ton və ya 8,3% çoxdur.




Bu ilin yanvar-mart aylarında Azərbaycana dəniz nəqliyyatı ilə
435,2 milyon ABŞ dolları dəyərində 181 min ton yük idxal olunub ki,
bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 211,3 milyon ABŞ dolları və ya 32,7%, həcm ifadəsində
isə 496,4 min ton və ya 3,7 dəfə azdır.

Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda
yük nəqliyyat vasitələri ilə ümumilikdə 9,407 milyard ABŞ dolları
dəyərində 13,014 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni
dövrü ilə müqayisədə dəyər baxımından 2,642 milyard ABŞ dolları və
ya 21,9%, həcm baxımından isə 1,328 milyon ton və ya 9,3%
azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 5,402 milyard ABŞ dolları dəyərində 10,796 milyon ton
yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 983,7
milyon ABŞ dolları və ya 15,4%, həcm ifadəsində isə 737,2 milyon
ton və ya 6,4% azalma deməkdir.

Eyni zamanda bu ilin yanvar-mart aylarında yüklərin daşınma
vasitələri üzrə Azərbaycana ümumilikdə 4,005 milyard ABŞ dolları
dəyərində 2,218 milyon ton yük idxal edilib. Bu isə 2025-ci ilin
eyni dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,658 milyard
ABŞ dolları və ya 29,3%, həcm baxımıdan isə 590,4 min ton və ya 21%
azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir