Nazirlikdə işə qəbul olmaq istəyənlərin nəzərinə: müraciət başladı

Baş səhifə

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası dövlət icra məmuru
vəzifəsi üzrə qulluğa qəbulla bağlı müsabiqə elan edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak üçün
ərizələrin qəbulu 2026-cı il aprelin 17-dən mayın 18-i saat
23:59-dək aparılacaq.

Namizədlər müsabiqədə iştirak etmək üçün linkə keçid etməklə və müvafiq şəxsiyyət
vəsiqəsi məlumatlarını daxil etməklə elektron qaydada, yaxud
müvafiq müraciət formasını yükləyərək kağız daşıyıcıda
müraciət edə bilərlər.




Kağız daşıyıcıda müraciətlər Nazirliyin Bakı şəhəri, İnşaatçılar
prospekti, 1 ünvanında yerləşən inzibati binasında iş günləri və iş
vaxtı ərzində qəbul ediləcək.

Daha ətraflı məlumatla bu linkdən tanış olmaq mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir