Dövlət əmlakından büdcəyə daxilolmalar açıqlandı

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və
icarədən dövlət büdcəsinə 93,6 milyon manat vəsaitin ödənilməsi
təmin edilib.

Trend bu
barədə dövlət xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən
2026-cı ilin yanvar-mart ayları ərzində 14 hərrac keçirilib.
Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyat
vasitəsi özəlləşdirilib.




Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət
büdcəsinə daxilolmalar 79,8 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart
ayları ərzində 141-i qeyri-yaşayış, 1.127-si torpaq sahələri üzrə
olmaqla 1.268 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü
ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq
sahələrinin) icarəsindən dövlət büdcəsinə 13,8 milyon manat
vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-mart ayları ərzində dövlət
əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə
93,6 milyon manat vəsait daxil olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir