Livan prezidenti: İsraillə danışıqlar hüquqlardan imtina demək deyil

Baş səhifə

“İsraillə danışıqlar zəiflik və ya geri çəkilmə əlaməti deyil, Livanın hüquqlarından imtina da deyil”.

APA xəbər verir ki, bunu Livan prezidenti Cozef Aun ölkə vətəndaşlarına müraciəti zamanı deyib.

“Atəşkəs üzərində işləməkdən xalqımızın hüquqlarını, torpağımızı və millətimizin suverenliyini qoruyacaq daimi müqavilələr üzərində işləməyə keçidin yeni mərhələsi ilə üzləşirik”, – dövlət başçısı əlavə edib.

O, əlavə edib ki, Livan hakimiyyəti yarım əsrdə ilk dəfə olaraq qərar qəbul etmək və danışıqları müstəqil şəkildə aparmaq hüququnu ölkəyə qaytarıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir