
Bakı. Trend:
ABŞ-nin Florida ştatının qubernatoru Ron DeSantis Palm-Biç
Beynəlxalq Hava Limanının Prezident Donald Trampın şərəfinə
adlandırılması ilə bağlı qanun layihəsini imzalayıb.
Trend xəbər verir ki, bu
barədə Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkə hesabında
paylaşım edib.
Məlumata görə, qərar 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.
Hava limanı bundan sonra Prezident Donald Tramp adına Beynəlxalq
Hava Limanı adlanacaq.

