Lənkəranda zəncirvari yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Baş səhifə

Bakı. Trend:

Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi
nəticəsində 7 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, hadisə
Lənkəran–Boradigah–Masallı magistralında, rayonun Girdəni kəndi
ərazisində baş verib.

Lənkəran rayonunun Separadi kənd sakini, 1996-cı il təvəllüdlü
Elmar Hünər oğlu Cəfərli idarə etdiyi “Renault” markalı nəqliyyat
vasitəsi ilə hərəkətdə olarkən Vilvan kənd sakini, 2002-ci il
təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi “Toyota
Prius” markalı minik avtomobili ilə toqquşub. Toqquşmanın
təsirindən “Toyota Prius” digər “Toyota” markalı nəqliyyat
vasitəsinə çırpılıb.




Zəncirvari qəza nəticəsində hər iki sürücü olmaqla ümumilikdə 7
nəfər xəsarət alıb. Yaralananlar arasında Separadi kənd sakinləri –
1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il
təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil
Rəsul oğlu Məmmədov, həmçinin Vilvan kənd sakinləri – 1999-cu il
təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü
Ramil Əbülfət oğlu Əzimov da var.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım
şöbəsinə hospitalizasiya olunublar və onlara zəruri ilkin tibbi
yardım göstərilib. Vəziyyəti daha ağır olan R. Məmmədov reanimasiya
şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir