
Bakı. Trend:
ABŞ Almaniyaya radar müşahidə stansiyaları, MK-41 dəniz bazalı
raket buraxılış qurğuları, eləcə də naviqasiya və elektron müharibə
sistemləri daxil olmaqla bir neçə növ hərbi texnika tədarük etməyi
nəzərdə tutur. Bu avadanlıqların ümumi dəyəri 11,9 milyard dollar
qiymətləndirilir.
Trend xəbər verir ki, bu
barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, əsasən elektronika və dəniz silahlarını əhatə
edən saziş Almaniyanın təhlükəsizlik imkanlarını gücləndirəcək,
onun Avropada siyasi sabitlik və iqtisadi inkişaf üçün mühüm qüvvə
kimi rolunu dəstəkləyəcək.
Müqavilənin əsas podratçıları “Lockheed Martin” və RTX
şirkətləri olacaq.

