
ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika bu və ya digər şəkildə İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını əldə edəcək. O, xəbərdarlıq edib ki, danışıqlar uğursuz olarsa, bu, “daha çox qeyri-dost formada” baş verə bilər.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
ABŞ prezidentinə “nüvə tozu” adlandırdığı yüksək zənginləşdirilmiş uranın İrandan çıxarılmasının vaxtı ilə bağlı sual verildikdə, o, təfərrüatlara varmaqdan imtina edib.
“Əlbəttə ki, sizə vaxt deməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, əgər razılaşma imzalasaq, onda vaxt barədə danışa bilərəm. Razılaşmanı imzaladıqdan sonra İranla birlikdə bunu həyata keçirəcəyik və onu 100% geri qaytaracağıq – bu, ABŞ-a gətiriləcək” – deyə Tramp bildirib.
“Əgər bunu etməsək, onda biz onu başqa formada, daha qeyri-dost şəkildə əldə edəcəyik. Amma hər halda, biz buna nail olacağıq”.

