Bu gündən qatarlar Kürdəmirdə də dayanır: 1 saat tez

Baş səhifə

Bakı.Trend:

18 apreldən etibarən Kürdəmir dəmiryol stansiyası sərnişinlərin
istifadəsinə verilib.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.

Bildirilib ki, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı,
Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin
olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlara Kürdəmir
stansiyasında dayanacaq verilib.




Yenidən qurulan Kürdəmir stansiyasında müasir standartlara cavab
verən ümumi gözləmə zalı ilə yanaşı, VİP zal da sərnişinlərin
xidmətindədir. Stansiyanın qarşısında şəxsi avtomobillərin parkinqi
üçün ərazi mövcuddur.

Bakı–Kürdəmir istiqamətində biletlərin minimal qiyməti 11.10 AZN
təşkil edir. Qatar 203 km-lik məsafəni 2 saat 11 dəqiqəyə qət edir.
Qeyd edək ki, pandemiyadan öncə qatarlar Bakıdan Kürdəmirə 3 saat
11 dəqiqəyə çatırdı.

Bilet satışı 17 aprel tarixindən ADY-nin rəsmi veb-saytı
(ticket.ady.az), “ADY Mobile” tətbiqi və dəmiryol kassaları
vasitəsilə həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir