NATO rəhbəri ABŞ-nin alyansı tərk etməsinin mümkünlüyündən danışıb

Baş səhifə

Bakı. Trend:

NATO baş katibi Mark Rütte ABŞ-nin Şimali Atlantik Alyansından
həqiqətən çıxacağına şübhə ilə yanaşır.

Trend xəbər verir
ki, o, bu barədə “Welt am Sonntag” qəzetinə müsahibəsində
danışıb.

“ABŞ-nin NATO-nu tərk edəcəyini güman etmirəm”.

Bununla belə, onun sözlərinə görə, “daha güclü NATO daxilində
daha güclü Avropaya” ehtiyac var.




“Prezident Tramp bəzi NATO üzvlərindən açıq şəkildə məyusdur və
mən onun narazılığını başa düşürəm”,- deyə Rütte əlavə edib.

Rütte bildirib ki, ötən həftə Ağ Evdə ABŞ Prezidenti ilə görüşü
zamanı o, həmçinin alyansın ABŞ-yə verdiyi üstünlükləri müzakirə
edə bilib.

“Avropa NATO-da daha böyük rol oynamaq istəyir. Bu, yaxşı
xəbərdir. Bu, sağlam olmayan asılılıqdan həqiqi tərəfdaşlığa
əsaslanan transatlantik alyansa doğru inkişafdır”, – deyə o
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir