Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət etdi

Baş səhifə

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, həftəsonu
paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında havanın küləkli
olacağı, yağış yağacağı gözlənilir. Qeyd edilən əlverişsiz hava yol
hərəkəti təhlükəsizliyi baxımından sürücülərdən daha diqqətli
olmağı tələb edir.

Trend xəbər
verir ki, bu barədə Baş Dövlər Yol Polisi İdarəsinin əlverişsiz
havada yollardakı vəziyyətlə bağlı sürücülərə müraciətində qeyd
olunub.




Bildirilib ki, xüsusilə, gecə və səhər saatlarında ehtimal
edilən dumanlı, çiskinli havanın görünüş məsafəsini əhəmiyyətli
dərəcədə məhdudlaşdırdığını, həmçinin küləyin doğura biləcəyi
fəsadlara qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini nəzərə alaraq,
sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi
şəxslər zəruri ehtiyat tədbirləri görməli, təhlükəsizlik
qaydalarına qeyd-şərtsiz əməl olunmalıdır.

“Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika
əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını
bir daha diqqətə çatdırmaqla yanaşı, bölgələrə səfər edəcək
sürücülərə yağışlı havalarda daha məsuliyyətli olmağı, sürət
həddini aşmamağı, avtomobillərinin sazslığından əmin olmağı, mümkün
qədər günün işıqlı vaxtı yol çıxmağı tövsiyə edir”, – müraciətdə
vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir