Azərbaycanda banka borcunu ödəməyənlər üçün yeni qayda

Baş səhifə

Bakı. Trend:

İcra məmurlarının hüquqları genişləndiriləcək.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə
olunan “Dövlət icra məmurları haqqında” Qanunda dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.




Hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun
hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına,
banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə,
borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən
edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə
bilər.

Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun
əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit
təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və
əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa
sərvətlərinə yönəldə, borclunun, onun əmlakının yerinin, borclu
hüquqi şəxsin icra orqanının rəhbərinin və ya borclunun uşağının
olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada
tədbirlər görə biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir