“Yuxular teatrı”: Heydər Əliyev Mərkəzində yeni sərgi

Baş səhifə

Bakı. Trend:

Mayın 21-də Heydər Əliyev Mərkəzində perulu rəssam Ronald
Kompanokanın (Ronald Companoca) fərdi sərgisi
açılacaq.

Trend xəbər
verir ki, 2027-cı il martın 1-dək davam edəcək “Yuxular teatrı”
(The Theater of Dreams) adlı sərgidə müəllifin bir sıra
əsərləri ictimaiyyətə ilk dəfə təqdim olunacaq.




Xəyali aləmə aparacaq sərginin əsas personajları təlxəklər,
musiqiçilər, sehrbazlar, səyyahlar, fantastik varlıqlardı.
Kompanokanın əsərləri sehrli sürrealizm fəlsəfəsi çərçivəsində
yaradılıb və ziyarətçiləri reallıqla təxəyyülün zərif bir
tarazlıqda qovuşduğu ecazkar kainatla tanış edir. Həmin sehrli
kainat isə reallıqla təxəyyül dünyası arasındakı sərhədləri
araşdıran dünyaşöhrətli rəssamlar – İeronim Bosx, Salvador Dali və
Rene Maqrit kimi sənətkarların yaradıcılığına istinadən ərsəyə
gəlib.

Tamaşaçıları ilə özünəməxsus bədii dildə danışan Ronald
Kompanokanın əsərləri bu günədək Avropa, ABŞ və Mərkəzi Amerikanın
müxtəlif ölkələrində nümayiş olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir