
Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya
Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici
işlər naziri Paulo Rangellə görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, nazirlər ikitərəfli münasibətlərin inkişaf
perspektivlərini, siyasi dialoqun genişləndirilməsini, iqtisadi,
ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini,
həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət
məsələlərini müzakirə ediblər.
Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması vasitəsilə
əməkdaşlığın daha da gücləndirilməsi imkanları da nəzərdən
keçirilib.

