İran yenidən Hörmüz boğazını bağlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin İrandan və İran istiqamətində gəmilərin keçidinə tam
şəkildə sərbəst hərəkətinə vermədiyi zamana qədər Hörmüz
boğazındakı vəziyyət tam şəkildə nəzarətdədir və əvvəlki vəziyyətə
qaytarılıb.

Trend-in
məlumatına görə, bunu İranın Xatəm əl-Ənbiya Qərargahının sözçüsü
İbrahim Zülfüqari yerli mediaya müraciətində deyib.

Onun sözlərinə görə, müxtəlif tərəflərlə müzakirələrlə əldə
olunan razılaşma əsasında İran bir sıra neft tankerləri və ticarət
gəmilərinin nəzarətlə Hörmüz boğazından keçməsinə razılıq vermişdi.
Lakin ABŞ tərəfi İran limanlarının blokadasını davam etdirir.




“Bu səbəbə görə, Hörmüz boğazına nəzarət əvvəlki vəziyyətə
qayıdıb və strateji əhəmiyyət kəsb edən bu boğaz İran Silahlı
Qüvvələrinin sərt nəzarətindədir”, – deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ 13 apreldən İrana limanlarına dəniz blokadası
tətbiq edib. Bu günə qədər ABŞ tərəfi İranın 21 gəmisinin
saxlanılaraq geri qaytarıldığını elan edib.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir