Rusiyanın iki aeroportu fəaliyyətini dayandırıb

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Çerepovtsa və Voloqda hava limanlarında hava
gəmilərinin qəbulu və uçuşuna müvəqqəti məhdudiyyətlər qoyulub.

Trend xəbər verir
ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Xidmətinin
(Rosaviasiya) mətbuat katibi Artyom Korenyako öz “Telegram”
kanalında yazıb.




Məlumatda qeyd olunur ki, bu qərar təyyarələrin uçuş
təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilib. Belə
məhdudiyyətlər adətən pilotsuz uçuş aparatları (PUA) hücumları
təhlükəsi olanda tətbiq olunur.

Bundan əvvəl Orenburq, Nijnekamsk, Buqulma, Yaroslavl və Aşağı
Novqorodda oxşar məhdudiyyətlər tətbiq olunmuşdu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir