
Bakı. Trend:
Bizim region onilliklər boyu münaqişələr, bağlı sərhədlər və
parçalanma ilə yadda qalıb. İndi isə Azərbaycan öz ərazi
bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qonşu
Ermənistanla faktiki sülh şəraitində yaşayırıq və bu, yeni imkanlar
yaradır.
Trend xəbər
verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov V Antalya Diplomatiya Forumu
çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda keçirilən panel
iclasda çıxışı zamanı bildirib.
O deyib: “Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı,
ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar
yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh
üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl “qazan-qazan”
vəziyyətidir”.

