Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni geosiyasi reallıqları əks etdirir – Meredov

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Mərkəzi Asiya ölkələri formatına qoşulması yeni
geosiyasi reallıqları əks etdirir.

Trend xəbər verir
ki, bu barədə Türkmənistanın xarici işlər naziri, Nazirlər Kabineti
sədrinin müavini Rəşid Meredov Antalya Diplomatiya Forumu
çərçivəsində təşkil olunan panel müzakirələrində danışıb.

Onun sözlərinə görə, Mərkəzi Asiyada dövlət başçılarının
məşvərət görüşləri formatının yaradılması və Azərbaycanın ona
qoşulması məntiqi bir addım olub.

“Azərbaycanın bu formata qoşulmaq qərarı təbii bir addım və
dünya siyasətində dəyişən prosseslərə məntiqi cavab olub”, – deyə o
bildirib.

Meredov vurğulayıb ki, bu format regiondan sülh naminə səylərin
əlaqələndirilməsinə, mehriban qonşuluq siyasətinə və iqtisadi
artımın təşviqinə hədəflənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir