İran ordusunun dəniz donanması qarşı tərəfləri yenidən məğlub edə bilər – Xamenei

Baş səhifə

Bakı. Trend:

İran ordusunun dəniz donanması qarşı tərəfləri yenidən məğlub
etmək üçün hazırdır.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Ayətullah Seyid Müctəba
Xamenei bu gün “İran Ordusu Günü” ilə əlaqədar müraciətində
bildirib.

Onun sözlərinə görə, İran ordusu ölkə ərazisini var-gücü ilə
müdafiə edir və lazım olduğu halda lazımi tədbirlər görür.




Xamenei əlavə edib ki, ötən iki müharibədə (İran-İraq müharibəsi
və ötən il ABŞ və İsrail ilə olan müharibə) olduğu kimi, İran
ordusu ölkənin digər silahlı qüvvələri ilə birlikdə ölkənin
keşiyində durur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir