
Bakı. Trend:
İspaniya Baş naziri Pedro Sançes BMT-də islahata ehtiyac
olduğunu bildirib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
“Biz bilirik ki, çoxtərəfli sistemin yenilənməyə ehtiyacı var”,
– deyə çıxışı hökumətin saytında yayımlanan Baş nazir qeyd
edib.
“Biz həmçinin bilirik ki, o, yalnız XXI əsrin reallıqlarına
uyğun şəkildə islahat aparıldığı təqdirdə mövcudluğunu qoruyub
saxlaya bilər”, – deyə Sançes vurğulayıb.
O, həmçinin təşkilata qadının rəhbərlik etməsinin tərəfdarı
olduğunu bildirib.

