Azərbaycan və Əlcəzair beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov
Antalya Diplomatiya Forumu çərçivəsində çərçivəsində Əlcəzair Xalq
Demokratik Respublikasının dövlət naziri, xarici işlər və xaricdəki
milli icma və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan və Əlcəzair arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub.

Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə
Komissiyanın yaradılmasının ikitərəfli əlaqələrin inkişafında mühüm
addım olduğu vurğulanıb.

Tərəflər həmçinin Birləşmiş Millətlər Təşkilatı, İslam
Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq
təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək
məsələlərini müzakirə ediblər. Bu kontekstdə Azərbaycanın Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi
və gələn il İƏT sammitinə ev sahibliyi edəcəyi də qeyd olunub.

Yaxın Şərqdə gərginliyin azaldılması, atəşkəsin
möhkəmləndirilməsi və münaqişələrin diplomatik yollarla həllinin
əhəmiyyəti xüsusi vurğulanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir