Azərbaycanda atasının kredit borcu övladına qaldı: Mütəxəssis səbəbi izah etdi

Baş səhifə

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda
vəfat etmiş şəxslərin kredit borclarının övladları tərəfindən
ödənilməsi ilə bağlı narazılıq və müzakirələr geniş yayılıb. Mövzu
xüsusilə bir vətəndaşın dünyasını dəyişmiş atasının kredit borcunu
hissə-hissə ödəmək barədə etdiyi təklifdən sonra daha çox diqqət
çəkib.

Məsələnin aktuallığını və ictimai marağı nəzərə alaraq, bu
mövzunun hüquqi və praktiki tərəflərinə aydınlıq gətirmək
istədik.

Şəxs ölübsə, kreditləri kim ödəməlidir?

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asif
İbrahimov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, vəfat edən şəxsin
bank borclarının ödənilməsi Mülki Məcəllə ilə tənzimlənir.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan Respublikasının
Mərkəzi Bankı tərəfindən bu sahə üzrə prudensial qaydalar
mövcuddur:




“Burada beynəlxalq standartların tələbləri ilə sosial ədalət
prinsipləri nəzərə alınıb. Vəfat edən şəxsin vərəsəsi mirası qəbul
edirsə, avtomatik olaraq borcları da qəbul etmiş sayılır.
Qanunvericilikdə miras və borc vahid (kompleks) şəkildə nəzərdə
tutulur. Əgər şəxs mirası qəbul etmirsə, borcu da qəbul etmir”.

O qeyd edib ki, bununla yanaşı, sığorta mexanizmi də mövcuddur
və həyatla bağlı risklər baş verdikdə, öhdəliklər sığorta
tərəfindən qarşılanır.

Asif İbrahimov dünya praktikasından da nümunələrə diqqət
çəkib:

“Dünya təcrübəsində də müxtəlif yanaşmalar var. Məsələn,
Almaniya praktikasında borcların inventar üzrə ötürülməsi tətbiq
olunur: borcun məbləği müəyyənləşdirilir və mirasdan çıxılır. Əgər
borc mirasdan çoxdursa, yalnız mirasın dəyəri həddində ödəniş
edilir; əksinə, miras artıqdırsa, borc çıxıldıqdan sonra qalan
hissə vərəsəyə verilir. Böyük Britaniya təcrübəsində isə borcların
prioritet üzrə sinifləndirilməsi aparılır. İlk növbədə dövlətə olan
borclar (vergilər və digər öhdəliklər), daha sonra digər borclar, o
cümlədən bank öhdəlikləri mirasdan ödənilir.

Ümumilikdə, Azərbaycanda tətbiq olunan mexanizm mülki
qanunvericilik çərçivəsində dünya təcrübəsinə uyğun şəkildə
formalaşdırılıb”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir