
Bakı. Trend:
Aprelin 18-də Bakı şəhər kommunal xidmətləri tərəfindən
paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili
iməcilikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan
tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata
keçirilib.
Bu barədə Trend-ə
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra
Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası
tərəfindən şəhərin və qəsəbələrin 556 küçəsi və məhəllədaxili
yolların yuyucu maddələrlə yuyulması təmin edilib.
Paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik
işləri yaz mövsümündə Bakı şəhərinin sanitar vəziyyətinin daha da
yaxşılaşmasına öz töhfəsini vermişdir.

