
Bakı.Trend:
Göyçayda bıçaqlanma hadisəsi baş verib.
Trend-in
məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı rayon sakini, 36 yaşlı Elvin
Umudova kəsici alətlə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni
törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil
verilib.
Faktla bağlı araşdırma aparılır.

