Yanvar-mart aylarında Azərbaycanın Almaniyaya neft ixracının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Yanvar-mart aylarında Azərbaycandan Almaniyaya bitumlu
süxurlardan əldə olunan neft və neft məhsullarından 270,5 min ton
həcmində, 127,5 milyon ABŞ dolları dəyərində ixrac edilib.

Trend-in
Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu
göstərici dəyər ifadəsində 2025-ci ilin eyni dövrü ilə müqayisədə
149,1 milyon ABŞ dolları və ya 53,9% azdır. Həcm baxımından isə
223,4 min ton və ya 80,8% azalma qeydə alınıb.

Belə ki, ötən ilin yanvar-mart aylarında Azərbaycandan
Almaniyaya bitumlu süxurlardan əldə olunan neft və neft
məhsullarından 500 min ton həcmində, 276,6 milyon ABŞ dolları
dəyərində ixrac həyata keçirilib.




Hesabat dövründə Almaniya Azərbaycanın neft və neft məhsulları
ixrac etdiyi ölkələr arasında 4-cü yeri tutub.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digər
ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixrac
edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,
fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir