
Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII turun daha bir
oyunu keçirilib.
Trend-in
məlumatına görə, “Qarabağ” Tofiq Bəhramov adına Respublika
Stadionunda “Sabah”ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı
qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu Abdullah Xaybullayev vurub.
Bakı klubu 69 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən bir
oyun az keçirən Ağdam təmsilçisi isə 56 xalla 2-ci sırada yer
alıb.
Günün ilk görüşündə Yevlaxda “Karvan-Yevlax” “Şamaxı”nı qəbul
edib. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda meydan sahibi komanda 14 xalla sonuncu – 12-ci, qonaqlar
isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

