
Bakı. Trend:
Berlində elektrik kəsintiləri səbəbindən 1300-dən çox ev işıqsız
qalıb.
Trend-in
məlumatına görə, aprelin 18-də günortadan sonra və axşam
saatlarında Berlində elektrik enerji kəsintiləri baş verib.
Məlumatlara görə, 1314 ev təsərrüfatı elektrik enerjisiz qalıb.
Kəsintilərin dəqiq səbəbi müəyyən edilməyib.
Xatırladaq ki, yanvar ayında da Berlində kabelli körpüdə yanğın
baş verdikdən sonra təxminən 50 min ev təsərrüfatı və 2000 müəssisə
elektrik enerjisiz qalmışdı. O zaman Berlin və Brandenburqda
müxtəlif adlar altında fəaliyyət göstərən solçu anarxist qrup “Vulkan” hücuma görə məsuliyyəti öz üzərinə götürmüşü.

