
Bakı. Trend:
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı
(PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə)
keçirəcək.
DİM-dən Trend-ə
bildirilib ki, imtahan vermək üçün 606 (KOSS – 71, MHBS – 394,
İSMUBS – 141) nəfər müraciət edib.
İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda təşkil
ediləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn
namizədlər imtahan binasına buraxılmayacaq. İmtahan binasına mobil
telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və
digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta,
məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı
vasitələr gətirmək qadağandır.
Üç saat davam edəcək namizədlərə 40 test tapşırığı təqdim
olunacaq. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2
balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla
qiymətləndirilir.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini
(şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) və imtahana
buraxılış vərəqəsini gətirməlidirlər.

