
Bakı. Trend:
19 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov Tayland Krallığının paytaxtı Banqkok
şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən Trend-ə bildirilib
ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun 20 aprel
tarixlərində Azərbaycanın sədrliyi ilə keçiriləcək BMT-nin Asiya və
Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci
sessiyasında iştirakı və çıxışı, habelə yüksək səviyyəli rəsmi
şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

