
Ağdam. Trend:
Ağdam rayonunda minik avtomobilində yanğın hadisəsi baş
verib.
Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə ötən gecə rayonun Əhmədağalı
kəndində qeydə alınıb. Kənd sakini Hüseynova Məruzə Sərxan qızına
məxsus “Opel” markalı avtomobil qəfil alışaraq qısa müddətdə
tamamilə yanıb.
Hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürənləri alovun
yaxınlıqdakı yaşayış evlərinə və digər tikililərə keçməsinin
qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.

