
Bakı. Trend:
Xəzər rayonunda ikimərtəbəli ev yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.
Məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 140
m² olan ikimərtəbəli 4 otaqlı evin mətbəxinin yanar
konstruksiyaları 20 m² sahədə yanıb. Sahəsi 20 m² olan otaq yüksək
temperaturdan qarsalanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından
mühafizə bölmələri tərəfindən söndürülüb.

