
Bakı. Trend:
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən
böyüklər arasında Avropa çempionatını dörd medalla başa
vurublar.
Trend xəbər verir ki,
bunlardan 1-i gümüş, 3-ü isə bürünc mükafatdır.
Avropa çempionatında Hidayət Heydərov (73 kiloqram) ikinci,
Əhməd Yusifov (60 kiloqram), Turan Bayramov (66 kiloqram) və Zelim
Tçkayev (81 kiloqram) üçüncü yeri tutublar.
Turnirə bu gün yekun vurulacaq.

