Serbiya Prezidenti Bakıda keçiriləcək WUF13-də iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Serbiya Prezidenti Aleksandar Vuçiç gələn ay Bakıda keçiriləcək
Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında (WUF13) iştirak
edəcək.

Trend xəbər verir ki, bunu
Aleksandar Vuçiç aprelin 19-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.

Serbiyaya göstərdiyi davamlı dəstəyə görə Prezident İlham
Əliyevə bir daha minnətdarlıq edən Aleksandar Vuçiç ölkəsinin
Azərbaycanla münasibətləri səmimi dostluq, qarşılıqlı hörmət və
iqtisadi tərəqqiyə ortaq maraq ruhunda gələcəkdə də inkişaf
etdirmək əzmini bir daha vurğulayıb.

Aleksandar Vuçiç bütün bunları ölkələrimiz arasında güclü
tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib.
Serbiya Prezidenti gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun XIII Sessiyasında iştirak edəcəyini də deyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir