Cəlilabadda yol qəzası olub, ölən var

Baş səhifə

Bakı. Trend:

Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü,
iki azyaşlının isə xəsarət alması ilə nəticələnib.




Trend xəbər verir ki, qəza
Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində
qeydə alınıb. Belə ki, Astara istiqamətində hərəkətdə olan “Hyundai
Elantra” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yolun kənarına aşıb. Hadisə zamanı
sürücünün həyat yoldaşı Aytel Əbdürrahmanova aldığı xəsarətlərdən
hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan iki azyaşlı uşaq
isə müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Mərkəzi Rayon
Xəstəxanasına çatdırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir