“Ərzurumspor” 5 ildən sonra Superliqaya qayıdıb

Baş səhifə

Bakı. Trend:

Türkiyə I Liqasından Superliqaya yüksələn ilk komanda bəlli
olub.

Trend xəbər verir ki, “Ərzurumspor” aşağı liqada mövsümün başa çatmasına 2 tur qalmış həm
çempionluğu, həm də elitaya vəsiqəni təmin edib.

Komanda buna səfərdə “Bodrumspor”la 1:1 hesablı heç-heçə etməklə
nail olub. Bu nəticədən sonra xallarını 79-a çatdıran çempionatın
lideri ən yaxın izləyicisini 6 xal qabaqlayır.




“Serikspor” isə I Liqanı tərk edərək, II Diviziona düşüb.

Qeyd edək ki, “Ərzurumspor” Superliqada sonuncu dəfə
2020/2021-ci illər mövsümündə mübarizə aparıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir