
Bakı. Trend:
İran hakimiyyəti ABŞ ilə danışıqların yeni mərhələsində iştirak
etməmək qərarına gəlib.
Trend-in
məlumatına görə, bu barədə İran mediası xəbər verib.
Məlumata əsasən, buna səbəb ABŞ-nin həddindən artıq tələbləri,
qeyri-real gözləntiləri, danışıqlar mövqeyindəki daimi
dəyişikliklər, ziddiyyətli bəyanatlar və İranın davam edən dəniz
blokadası olub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞ
və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə
olunmayıb.

