
Bakı. Trend:
İsrail və ABŞ-nin İranla qarşıdurması hələ bitməyib. Bu sahədə “yeni hadisələr” hər an mümkündür.
Trend-in
məlumatına görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu
deyib.
Onun sözlərinə görə, İsrail sonda İran ilə qarşıdurmada
məqsədlərinə çatmaq niyyətindədir.
İranla qarşıdurmadan danışan B. Netanyahu bunu “ciddi
çətinliklər və nəticələr dövrü” adlandırdı. “Biz çox şeyə nail
olmuşuq. Amma bu, son deyil və hər an yeni inkişaflar baş verə
bilər”, – deyə o bildirib.

