ABŞ İran gəmisini Oman körfəzində saxlayıb – Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini
saxlayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, gəmi dəniz blokadasını yarmağa cəhd
etdiyinə görə dayandırılıb.




D. Tramp yazıb ki, ABŞ-nin “USS Spruance” esminesi Oman
körfəzində “Touska” gəmisini ələ keçirib və heyətə dayanmağı əmr
edib. Lakin iranlı dənizçilər tabe olmaqdan imtina ediblər.

“İran heyəti əmrlərə tabe olmadı, bundan sonra bizim hərbi gəmi
gəmini dayandıraraq onun mühərrik bölməsinə zərər verib. ABŞ dəniz
piyadaları artıq gəmiyə nəzarəti ələ keçirib”, – deyə o əlavə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir