“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Baş səhifə

Bakı. Trend:

AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin qurduğu
Superkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadə
edilir.

Süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçün
geniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlət
qurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasına
başlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha bir
neçə qurum yararlanmaqdadır.




Superkompüter infrastrukturunda tətbiq olunan “NVIDIA H200 GPU”
çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verir
və ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təmin
edir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xarici
resurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şərait
yaradır.

Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekt
texnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafı
sürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir.
“AzInTelecom” tərəfindən superkompüter infrastrukturunun
genişləndirilməsi məqsədilə əlavə “GPU” resurslarının təmin
olunması istiqamətində işlər davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir