
“Azərpoçt” MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni təyinat olub.
“APA-Economics” xəbər verir ki, bu vəzifə Manaf Babayevə həvalə edilib.
Qeyd edək ki, M. Babayev bundan öncə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Baş Maliyyə Direktorunun müavini olaraq çalışıb.

