Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 21,476
milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdə
elektrik enerjisinin ixracından əldə olunan gəlir 1,189 milyon ABŞ
dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakı
göstərici ilə müqayisədə həcm ifadəsində 4,7 milyon kVt/saat və ya
27,7%, dəyər ifadəsi ilə isə 572 min ABŞ dolları, yaxud 1,9 dəfə
artıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Rusiyadan Azərbaycana
544 min ABŞ dolları dəyərində, 13,820 milyon kVt/saat həcmində
elektrik enerjisi ixrac edilib.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 66 min ABŞ dolları və ya 13,8% çox, həcm ifadəsində isə
2,066 milyon kVt/saat və ya 13% azdır.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üç
ölkəyə – Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923
milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrik
enerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə
Azərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyon
ABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saat
və yaxud 4,1 dəfə azdır.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedən
ölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saat
elektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəki
göstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya
6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6%
azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir