
Bakı. Trend:
Sumqayıtda dəm qazından zəhərlənən uşaqların sonuncusu da evə
buraxılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.
Bildirilib ki,vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı
aprelin 18-də ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, azyaşlı aprelin 4-də Sumqayıt Tibb Mərkəzinin
nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika
Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik
Xəstəxanasına təxliyə olunub. 2018-ci il təvəllüdlü (qadın cinsli)
pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi
yardım göstərilib.
Xatırladaq ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev
qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından
zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də
xəstəxanada ölüb.
Zəhərlənən uşaqların atası ölən övladının dəfni zamanı “TikTok”da canlı yayım açıb. O, cənazə ilə canlı yayımı sosial
şəbəkələrdə yaydığı üçün uşaqlar dövlət qurumları tərəfindən
nəzarətə götürülüb.

