
Bakı. Trend:
Azərbaycan Dövlət Teleradio Verilişləri QSC-də bəzi şöbələrin
birləşdirilməsi ilə bağlı struktur dəyişiklikləri həyata
keçirilir.
Trend-in əldə
etdiyi məlumata görə, əsas məqsəd daha kompakt və effektiv
idarəetmə sisteminin formalaşdırılmasıdır.
Məsələ ilə bağlı qurumdan bildirilib ki, həm administrativ, həm
də yaradıcılıq istiqamətlərində format dəyişikliyi aparılır.
Qeyd olunub ki, aparılan islahatlar çərçivəsində bəzi şöbələr
digər şöbələrlə birləşdirilir və daha güclü kadr potensialının
formalaşdırılmasına üstünlük verilir.
Bildirilib ki, müasir dövrün tələbləri 10-20 il əvvəlkindən
ciddi şəkildə fərqlənir.
Qurumdan əlavə olunub ki, ictimaiyyətin maarifləndirilməsi,
məlumatlandırılması, mədəni təfəkkürün inkişafı və idmanın
faydalarının təbliği kimi əsas istiqamətlər daha da inkişaf
etdiriləcək.
“Bu dəyişikliklər nəticəsində izləyicilərə daha maraqlı və
keyfiyyətli kontent təqdim olunacaq”, – deyə məlumatda
vurğulanıb.

