Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında 29 mikro və kiçik sahibkar
“Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar
2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən
olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 16 mikro
və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə
qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 10-u hüquqi,
6-sı fiziki şəxsdir. Startaplardan 10-u Bakı şəhərindən, 6-sı isə
regionlardandır. “Startap” şəhadətnaməsi almış biznes subyektləri
istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların
əsas istiqamətləri e-ticarət və rəqəmsal marketinq, səhiyyə
texnologiyaları, onlayn oyun istehsalı, səyahət və turizm
xidmətləri, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ
həlləri özündə ehtiva edir.




Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərini
şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən
əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il
müddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxud
imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər
Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin
nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının
nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və
kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya
müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir