
Bakı. Trend:
Universitet və kolleclərə qəbulla bağlı təsdiqlənmiş ərizələrin
sayı məlum olub.
Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahanlara ümumilikdə
133 813 nəfər qeydiyyatdan keçib.
Statistikaya görə, 130 146 nəfər universitet, 120 644 nəfər
kolleclərə qəbul üçün müraciətini tamamlayıb.
Hazırki statistikaya görə, ən çox qeydiyyat 1-ci qrupda, ən az
qeydiyyat isə 3-cü qrupdadır.
İxtisaslar üzrə hazırda statistika belədir:
1-ci ixtisas qrupu üzrə – 14 981;
2-ci ixtisas qrupu üzrə – 11 527;
3-cü ixtisas qrupu üzrə – 10 146
4-cü ixtisas qrupu üzrə – 3 116 nəfər ərizəsini təsdiqləyib.
Ümumilikdə indiyə qədər bütün ixtisaslar üzrə 39 770 ərizə qəbul
edilib.
Qeyd edək ki, elektron ərizəsi təsdiq olunmayan abituriyentlər
müsabiqəyə buraxılmırlar. 1-ci cəhd imtahanı üçün elektron ərizə
qəbulu 29 aprel saat 23:59-da tamamlanacaq.
3020 nəfər isə ötən ilin buraxılış və ya test imtahanlarının I
mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulacaq.

