
Bakı.Trend:
Bakının Xətai rayonu, Xocalı prospektində yerləşən “Mübarək”
şadlıq evi yanır.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat
verilib.
Bildirilib ki, hadisə yerinə yanğından mühafizə briqadası cəlb
olunub.
“Tüstü bacasında yağ qalıqları yanıb. Yanğın yanğından mühafizə
bölmələri tərəfindən qısa müddətdə söndürülüb”,-deyə əlavə
edilib.

