Rezidenturaya ərizə qəbulu bu gün başa çatır – Neçə nəfər qeydiyyatdan keçib?

Baş səhifə

Bakı. Trend:

Rezidentura imtahanı üçün aprelin 13-dən başlayan sənəd qəbulu
bu gün 23:59-da yekunlaşacaq.

Trend Dövlət
İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan üçün hazırda
2179 nəfər qeydiyyatdan keçib. Onlardan 1695 nəfəri Azərbaycan
bölməsi, 484 nəfəri isə rus bölməsi üzrə qeydiyyatını
tamamlayıb.

İmtahanda iştirak etmək istəyənlər “Şəxsi
kabinet
”inin istifadəçi adı və parolundan istifadə etməklə 20
aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə
(https://www.e-gov.az/az/services/read/3148/2) daxil
olub “Namizədin elektron ərizəsi” formasını doldurub təsdiq
etməlidir.




Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I
cəhdi 2026-cı il mayın 3‑də keçiriləcək.

Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçün
ödəniz qiyməti 60 manatdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir