ABŞ İraq və Küveytdə yaşayan vətəndaşlarına təcili çağırış edib

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Ştatlar müdafiə podratçısı “V2X”ə İraq və Küveytdəki
əməkdaşlarını bu ölkələrdən çıxarmağı qəti şəkildə tövsiyə
edib.

Trend xəbər verir
ki, bu barədə “The Guardian” nəşri yazır.

Məlumata əsasən, onların olduqları ölkələrdə İran yönümlü
qruplaşmaların hədəfinə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar
mövcuddur.




İddia olunur ki, Dövlət Departamentinin əməkdaşları ABŞ
obyektlərinə və personalına qarşı planlaşdırılan hücumlar barədə
kəşfiyyat məlumatları əldə etdikdən sonra bu məsələni şirkət
rəhbərliyi qarşısında qaldırıblar.

Kəşfiyyat məlumatlarında mümkün hücumların yaxın vaxt kəsiyində
gözlənildiyi qeyd olunur. Personalın təxliyəsi ehtiyat tədbiri kimi
nəzərdən keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir